Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə İdarəsinin keçmiş rəhbəri Serqey Krivoruçko general rütbəsindən məhrum edilib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, vətənin harada olduğunu müəyyən etməyə mane olan, dövləti, onun azadlığını və müstəqilliyini qorumaq üçün Ukrayna xalqına sədaqətlə bağlı verdiyi hərbi andı pozan ən yüksək rütbəli zabitlər Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48-ci maddəsinə uyğun olaraq hərbi rütbələrindən məhrum ediləcəklər.