Modern.az

Ukrayna ABŞ və Britaniyadan yeni silahlar alır

Ukrayna ABŞ və Britaniyadan yeni silahlar alır

Dünya

1 Aprel 2022, 10:23

Ukrayna tezliklə özünü Rusiyanın hava hücumlarından daha yaxşı qoruya bilər, çünki Ukrayna ABŞ və Britaniyadan super müasir avadanlıq almağa hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Yaponiyadakı səfiri Sergiy Korsunski bildirib.

 

"Ruslar hələ də hava qüvvələrində, təyyarələrdə və raketlərdə üstünlüyə malikdir. Biz məhz buna görə səmamızı və şəhərlərimizi qorumaq üçün ABŞ və Britaniyadan super müasir avadanlıq almağa başlamağı gözləyirik", - deyə diplomat vurğulayıb.

 

Bundan əlavə, Ukrayna Hərbi Hava Qüvvələri ABŞ-dan "Patriot" və Norveçdən NASAMS sistemlərini almağa hazırlaşır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi