Modern.az

Ermənistanın verdiyi xəritələrin yalnız 25 faizi faydalı olub

Ermənistanın verdiyi xəritələrin yalnız 25 faizi faydalı olub

1 Aprel 2022, 10:01

Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biridir.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zaman deyib.

 

H.Hacıyev qeyd edib ki, ermənilər tərəfindən həmin ərazilərdə millyonlarla mina basdırılıb:

 

“Onlar ərazilərimizdə ağac yerinə minalar basdırıb. Minalar partlaması nəticəsində həm hərbçilər, həm mülki insanlar həlak olub, yaralanıb. Təəssüflər olsun ki, Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin yalnız 25 faizi faydalı olub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama