İşğaldan azad olunmuş ərazilərdə indiyədək 30-dan çox adam minaya düşərək həlak olub.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zaman deyib.
H.Hacıyev bildirib ki, Azərbaycan ərazilərin minalardan təmizlənməsi üçün genişmiqyaslı işlər görür.