Rusiya raket sistemlərini Belarusda cəmləşdirməyə çalışır.
Modern.az CNN-ə istnadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı potensial istifadə üçün Belarusun cənub-şərqində raket sistemlərini cəmləməyə çalışır. Baxmayaraq ki, Rusiyanın Kiyev və şimaldakı Çerniqov şəhəri ətrafında gərginliyin azaldılması xəbərləri yayılıb.
"Düşmən Donetsk və Luqansk vilayətlərini tamamilə ələ keçirmək planlarından əl çəkmir. O, həm də Xarkov vilayətinə soxulur və mövqelərini möhkəmləndirməyə, qoşunları yenidən qruplaşdırmağa çalışır. Düşmən Belarusda texnikalarını gücləndirmək istəyir, görünür bu raket zərbələri endirmək və ya onlardan şantaj, hədə-qorxu aləti kimi istifadə etmək planlarına görədir. Buna görə də, hələ Belarus ərazisi Rusiya tərəfindən təcavüzün həyata keçirilməsi üçün fəal şəkildə istifadə olunmaqda davam edir", - deyə A.Malyar sözlərinə əlavə edib.
Fatma Abdulla