“Sakini olduğunuz yaşayış məntəqələri azad olunsa da, ora qayıtmağa tələsməyin”.
Modern.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müvəqqəti işğal altında olan ərazilərlə iş üzrə müavini İrina Vereşşuk bildirib.
Vereşşuk qeyd edib ki, həmin ərazilərin minalanma ehtimalı səbəbindən qayıtmaq çox təhlükəlidir:
"İrpen şəhərinin azad olunması ilə bağlı rəsmi məlumat olsa da, bu, sakinlərin ora qayıtmasının vacib olduğu demək deyil".