Modern.az

“Ali təhsil haqqında” qanun layihəsi niyə GECİKİR...

“Ali təhsil haqqında” qanun layihəsi niyə GECİKİR...

Aktual

1 Aprel 2022, 12:57

"Ali təhsil haqqında" yeni qanun layihəsinin qəbulu gecikir. Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilsə də, qanun layihəsinin aqibəti bəlli deyil.

 

Layihə parlamentin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyası üçün işlər planına daxil edilib. Sənəd Azərbaycanda ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

 

Bəs “Ali təhsil haqqında” qanunun qəbulu niyə geçikir?

 

 

Bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, qanunun ilkin müzakirələri zamanı mübahisəli məsələ olmayıb. 

 

““Ali təhsil haqqında qanun” layihəsi Milii Məclisin elm və təhsil komitəsində birinci dəfə müzakirə olundu. Mütəxəssislərin, rektorların iştirakı ilə dinlənmə keçirildi. Müəyyən təkliflər irəli sürüldü. Əsas təkliflər ali məktəblərə muxtariyyatın verilməsi idi. Pilləli dissertasiya müdafiəsi təklif olunmuşdu. Ali məktəb işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı maddələr də var idi. Bu təkliflərin qəbul edilib-edilməyəcəyi haqqında məlumat verilməyib”.

 

Deputat sözügedən layihənin hazırda gündəmdə olmadığını vurğulayıb:

 

““Ali təhsil haqqında” qanun layihəsi hələlik gündəlikdə dayanmır. Sessiya başlayandan bəri bununla bağlı heç bir məsələ müzakirə olunmayıb. Plenar iclasa nə vaxt çıxarılacağı barədə məlumatım yoxdur. Dinləmə zamanı mübahisəli məsələlər olmamışdı. Bu qanunun qəbul olunması üçün gecikirik, çünki ali təhsil sahəsində ciddi boşluqlar var. Mühüm məqamlardan biri ali təhsilin akkreditasiyası ilə bağlıdır. Yeni qanun qəbul olunsa, ali təhsil məktəblərinin fəaliyyətində ciddi dönüş yaranacaq”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi