Bakıda çoxmərtəbəli binanın eyvanından düşən gənc qız təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Bu barədə Mərkəzin Mətbuat xidmətindən Modern.az-a bildirilib.
Məlumata görə 2006-cı il təvəllüdlü yeniyetmə reanimasiyaya yerləşdirilib: “Hazırda intubasiya vasitəsilə nəfəs alır. Vəziyyəti çox ağırdır. Diaqnozu açıq kəllə-beyin travmasıdır”.