“Rusiya-Ukrayna məsələsilə bağlı danışıqlara ev sahibliyi edəcəyimizi tərəflərə bildirdik”.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, tərəflərin razılığı olarsa, İstanbulda Rusiya və Ukrayna liderlərinin görüşünü keçirilə bilər:
“Volodimir Zelenskinin müsbət yanaşması var, Vladimir Putin də buna müsbət yanaşırdı. Ümid edirəm ki, bugünkü telefon danışığı ilə İstanbulda liderlər zirvəsini gerçəkləşdirmək məsələsində nəticə əldə edə biləcəyik".
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.