Modern.az

Fransa məktəblərində oxuyan ukraynalı uşaqlar

Fransa məktəblərində oxuyan ukraynalı uşaqlar

Dünya

1 Aprel 2022, 17:01

Fevralın 24-dən etibarən Fransa məktəbləri Ukraynadan olan 6783 uşağı qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransa Təhsil Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatına görə, uşaqlar Fransanın əsas şəhərlərində və Korsikanın bütün bölgələrindəki məktəblərdə oxuyurlar.

 

Uşaqların təxminən 61%-i 11 və aşağı yaşdadır.

 

Fransa Daxili İşlər Nazirliyinin son məlumatlarına görə, fevralın 24-dən martın 25-dək Ukraynadan Fransaya 30 mindən çox qaçqın gəlib. Həmin qaçqınların 97%-i Ukrayna vətəndaşları olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi