Avropa Parlamentinin prezidenti Roberta Mezzola Kiyevə gedib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkə hesabında məlumat yayıb.
"Avropa Parlamenti prezidentinin Kiyevə səfəri siyasi dəstəyin güclü siqnalıdır. Biz təcavüzkarın qarşısını almaq üçün sanksiyaların sərtləşdirilməsini müzakirə etdik", - Şmıqal tviter hesabında yazıb.
Baş nazir Avropa İttifaqına Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib.