Modern.az

Rekordçu MƏZUN: “Çox çalışırdım, əziyyətimə dəydi”

Rekordçu MƏZUN: “Çox çalışırdım, əziyyətimə dəydi”

Təhsil

1 Aprel 2022, 17:12

Bakı şəhərinin 125 və 286 saylı orta məktəblərinin iki məzunu buraxılış imtahanlarında ən yüksək nəticəni göstəriblər.

 

Məzunlardan biri Nigar Ağazadə təəssüratlarını Modern.az-la bölüşüb.

 

Nigar bildirib ki, bu nəticə onun üçün gözlənilən idi: “Sınaqlarda həmişə 290-dan çox bal toplamışam. İmtahana 300 bal arzulayaraq getmişdim. Çox çalışırdım, çox yorulurdum, ancaq əziyyətimə dəydi. Ən yüksək nəticə göstərməyim ifadə olunmaycaq hissdir. Əziyyətinin qarşılığını görmək qürurvericidir. Hər şey müəllimlərimin dəstəyi ilə oldu. Buraxılış imtahanları üzrə 9-cu sinifdən, blok imtahanları üzrə isə 11-ci sinifdən hazırlıqlara getmişəm”.

 

Nigar gələcəkdə həkim olmaq istəyir:

 

“Azərbaycan Tibbi Universitetində ali təhsil almaq istəyirəm. Gələcəkdə isə həkim olmağı arzulayıram. Qəbul imtahanında da maksimum bal toplayacağıma inanıram”.

 

Qeyd edək ki, 5 və 6 mart tarixində keçirilmiş buraxılış imtahanında 2 nəfər - Bakı şəhəri 125 saylı məktəbin məzunu Ağazadə Nigar Əhədulla qızı və Bakı şəhəri 286 saylı orta məktəbin məzunu Orucov Nəcməddin Nəsimi oğlu maksimal olan 300 bal toplayıb. Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 278.2 və 276 bal toplayıblar.

 

Həmçinin oxuyun:

“Hüquq fakültəsini seçəcəm” - Maksimum bal toplayan ŞAGİRD

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi