Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Tərəflər Qarabağ məsələsini müzakirə edib.
Polşanın XİN başçısı bildirib ki, Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsi üçün səylərini davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl Rau Tbilisidə və Bakıda səfərdə olub.
Akif İsmayılov