Modern.az

Makron Zelenskilə danışıqlar apardı

Makron Zelenskilə danışıqlar apardı

Dünya

1 Aprel 2022, 18:37

Fransa Prezidenti Emmanuel Makron və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün sosial media hesabında yazıb.

 

Tərəflər Rusiyanın Ukraynaya hücumu barədə müzakirələr aparıb.

 

"Biz danışıqlar prosesini - gedişatı və perspektivləri, təhlükəsizlik təminatlarının vacibliyini müzakirə etdik", - deyə dövlət başçısı qeyd edib.

 

Zelenski bildirib ki, Mariupoldan humanitar dəhlizlər həyata keçirilməlidir.

 

Mühasirəyə alınan Mariupoldan insanların təxliyəsi cümə axşamı həyata keçirilməli idi, lakin Ukrayna Rusiya qoşunlarını təxliyəyə imkan vermədiyini bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi