Almaniya Çexiyada fəaliyyət göstərən şirkətin Ukraynaya döyüş maşınları satmasına razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Şirkət keçmiş Şərqi Almaniyaya məxsus PbV-501 tipli 56 piyadaların döyüş maşınını Ukraynaya sata biləcək.
Almaniya maşınları 1990-cı illərin sonunda İsveçə verib, sonra onları Çexiya şirkətinə satıb. Çexiya şirkəti maşınların Ukraynaya tədarükünü həyata keçirəcək.
Qeyd edək ki, Almaniyaya məxsus silahları satmaq istəyən ölkələr əvvəlcə Berlindən icazə almalıdır.
Akif İsmayılov