Bu gün Ukrayna və Rusiya arasında hərbi əsir mübadiləsi aparılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbər müavini Kirilo Timoşenko bildirib.
Mübadilə Zaporojye vilayətində baş tutub.
Qeyd olunub ki, 15-i qadın olmaqla, 86 Ukrayna hərbçisi əsirlikdən azad edilib. Azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.