Rusiya qoşunları Xarkov vilayətinin regional mərkəzi olan İzyum şəhərinə nəzarət edir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.
Rusiya Müdafiə Nazirliyi martın 24-də İzyumun tutulması barədə məlumat vermişdi. Lakin İzyum
rəsmiləri şəhər uğrunda döyüşlərin davam etdiyini bildirirdi.
İzyumun əhalisi cəmi 50 min nəfərdir, lakin şəhər əhəmiyyətli dəmir yolu qovşağı hesab olunur.
Akif İsmayılov