Modern.az

54 yaşlı kişi arxda boğulub öldü

54 yaşlı kişi arxda boğulub öldü

1 Aprel 2022, 22:36

Ağdamda 54 yaşlı kişi su arxında boğularaq ölüb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Rzalar kəndində baş verib.

 

Kənd sakini Rzayev Əlyəddin İsa oğlu yaşadığı evin yaxınlığındakı əkin sahələrinin suvarılmasında istifadə olunan arxa yıxılıb. Nəticədə köməksiz vəziyyətdə qalan Ə.Rzayev boğularaq ölüb.

 

Yaxınlarının verdiyi məlumata görə, Ə.Rzayev fiziki qüsürlü olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal