Modern.az

İki aylıq atəşkəs elan edildi

İki aylıq atəşkəs elan edildi

Dünya

1 Aprel 2022, 23:28

Yəməndə münaqişə tərəfləri atəşkəs barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq məlumat yayıb.

 

O, tərəflərin iki aylıq atəşkəs barədə razılığa gəldiyini və atəşkəsin aprelin 2-də yerli vaxtla saat 19:00-da qüvvəyə minəcəyini açıqlayıb.

 

Qrundberq Yəmən hökuməti ilə husilərin hava, quru və dəniz əməliyyatlarını dayandırmaq barədə razılığa gəldiyini diqqətə çatdırıb.

 

Nümayəndə tərəflərin Hudeyda limanlarına yanacaq daşıyan gəmilərin daxil olması və Səna hava limanından bölgədə əvvəlcədən müəyyən edilmiş nöqtələrə ticarət uçuşlarının həyata keçirilməsi mövzusunda da razılaşdıqlarını qeyd edib.

 

Akif İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi