Rusiya ordusu Ukraynanın Odessa vilayətindəki yaşayış məntəqələrinə raket zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Maksım Marçenko bildirib.
O, raketlərin Krım yarımadasından atıldığını diqqətə çatdırıb.
Odessaya üç ədəd “İsgəndər” raketinin düşməsi nəticəsində ölənlərin olduğu bildirilir. Hazırda ölən və yaralıların sayı dəqiqləşdirilir.
Akif İsmayılov