Əfqanıstanın Herat şəhərində güclü partlayış olub.
Modern.az xəbər verir ki, bu barədə "Tolo News" telekanalı məlumat yayıb.
Hadisə nəticəsində iki nəfər həlak olub, daha 8 nəfər xəsarət alıb.
Yerli KİV-lər ölənlərin sayının 5-ə çatdığını, daha 29 nəfərin yaralandığını bildirir. Hələlik itkilərlə bağlı rəsmi açıqlama verilməyib. Hadisənin səbəbi araşdırılır.
Akif İsmayılov