Modern.az

“Kiyev sülh naminə ərazi güzəştinə getməyəcək” - Zelenskinin ŞƏRTLƏRİ

“Kiyev sülh naminə ərazi güzəştinə getməyəcək” - Zelenskinin ŞƏRTLƏRİ

2 Aprel 2022, 09:09

Ukrayna üçün Rusiya ilə müharibədə yalnız qələbə məqbuldur. Kiyev sülh naminə işğalçıya ərazi güzəştinə getməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Amerikanın “FoxNews” telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

"Həqiqətin qələbəsi Ukraynanın və ukraynalıların qələbəsidir. Məsələ müharibənin nə vaxt bitəcəyidir. Bu, dərin sual və ağrılı məsələdir. Qələbədən başqa, Ukrayna xalqı heç bir nəticəni qəbul etməyəcək", - deyə prezident  bildirib.

 

Sülh sazişinin imzalanması naminə Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Zelenski deyib:

 

"Biz ərazimizi alver etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur".

 

O, dünyanın aparıcı dövlətlərindən Ukraynanın təhlükəsizliyi ilə bağlı öhdəliklər gözlədiyini vurğulayıb, həmçinin Ukraynanın NATO-nu daha da gücləndirməyə qadir olduğuna əmin olduğunu bildirib.

 

"Biz zəif dövlət deyilik. Bizi NATO hesabına gücləndirməyi təklif etmirik... Əksinə, biz lokomotivik. Hesab edirəm ki, biz Avropa qitəsinin mühüm tərkib hissələrindənik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi