Modern.az

Sabah 26 min nəfər imtahan verəcək

Sabah 26 min nəfər imtahan verəcək

2 Aprel 2022, 10:22

Sabah Azərbaycanda qəbul, buraxılış və bir sıra digər imtahanlar keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də baş tutacaq.

 

Sabah əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, 11 illik təhsil bazasında kolleclərə qəbul, martda keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməmiş XI sinif şagirdləri üçün buraxılış və digər imtahanların keçirilməsi nəzərədə tutulub.

 

Saat 11:00-da başlanacaq imtahanlarda ümumilikdə 26 087 nəfərin iştirakı nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal