Modern.az

“Manaf Ağayev özü bilir maşını haradadır” – Yol polisindən AÇIQLAMA

“Manaf Ağayev özü bilir maşını haradadır” – Yol polisindən AÇIQLAMA

2 Aprel 2022, 12:14

Dövlət Yol Polisi müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfər etdiyi “Mercedes” markalı avtomobilinin hələ də cərimə meydançasında saxlanılmasına münasibət bildirib.

Bu barədə Modern.az-ın sorğusunu cavablandıran Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Ələsgərli deyib ki, kiminsə maşınını alıb verməmək söhbəti ola bilməz:

“Burada ancaq avtomobilin müvəqqəti duracağa yerləşdirilməsi tələb oluna bilər. Qanuna uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi əsas gətirilmədən heç kimin maşını alınıb, saxlanıla bilməz. Həmin maddədə müəyyən hallar qeyd edilib. Hər halda bu barədə Manaf Ağayev özü daha yaxşı bilir ki, onun maşını haradadır”.

 

Qeyd edək ki, müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. Müğənni cəzasını çəkməsinə baxmayaraq, ona məxsus “Mercedes” markalı avtomobilin qanunsuz olaraq cərimə meydançasında saxlanıldığı bildirilir.

 

Həmçinin oxuyun:

Manaf Ağayevin "Mercedes"ini özünə vermirlər - VƏKİL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?