Ukraynanın məşhur fotoqraf və sənədli film rejissoru Maks Levinin meyiti Kiyev vilayətinin Quta Mejiqorskaya kəndi yaxınlığında tapılıb.
Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Levinlə əlaqə martın 13-də itmişdi.
O, Rusiya təcavüzünün nəticələrini sənədləşdirmək üçün keçmişdə hərbçi və fotoqraf olmuş Aleksey Çernışevlə birlikdə Quta Mejiqorskayaya getmişdi.
Həmin ərazidə şiddətli döyüşlər başlayanda onlarla əlaqə kəsilmişdı.
İndi Çernışevin harada olduğu və taleyi hələ də məlum deyil.
Maks Levin 7 iyul 1981-ci ildə Kiyev vilayətində anadan olub. O, 10 ildən artıq LB.ua-nın redaksiyasında işləyib və Reuters, BBC, TRT World, Associated Press, Hromadske ilə əməkdaşlıq edib.
Onun fotolarını dünyanın ən məşhur mediası - Wall Street Journal, TIME, Breaking news Polşa, AB GENDƏM, Dünya xəbərləri, Azadlıq Radiosu dərc edib.
Onun sənədli layihələrinin əksəriyyəti Ukrayna müharibəsi ilə bağlıdır.
Bundan əvvəl Nikolayev yaxınlığında ukraynalı hərbi jurnalist Viktor Dudarın rus işğalçıları ilə döyüşdə həlak olduğu bildirilmişdi.