Modern.az

Azərbaycan orucluğa Türkiyə ilə birgə başlayıb - İran sabaha hazırlaşır

Azərbaycan orucluğa Türkiyə ilə birgə başlayıb - İran sabaha hazırlaşır

2 Aprel 2022, 14:57

İranda təzə Ayın görünməməsi səbəbindən Ramazan orcunun sabah - bazar günündən tutulacağı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıblar.

İraqdakı şiə müsəlmanların böyük dini nüfuzu olan Ayətullah Əli əs-Sistaninin ofisindən verilən yazılı açıqlamada bazar gününün Ramazan ayının ilk günü olacağı bildirilib.


Livandakı şiələrin dini qurumu olan Ali Şiə İslam Şurası Ramazan ayının ilk gününün şənbə olduğunu açıqlayıb.


Türkiyə və Azərbaycanda da Ramazan ayı şənbə günündən başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu