Roma Papası I Fransisk şənbə günü Ukraynanın paytaxtı Kiyevə səfər etməyi düşünür.
Modern.az xəbər verir ki, bu barədə "Reuters"in yaydığı məlumatda bildirilib.
Onu Romadan Maltaya aparan təyyarədə jurnalistin Ukraynanın siyasi və dini hakimiyyət orqanlarından dəvət alıb-almadığı barədə sualına Fransisk belə cavab verib: “Bəli, masanın üstündədir”.
Papa bununla bağlı hər hansı təfərrüat açıqlamayıb.
Roma Papası I Fransisk Ukrayna Prezidenti Volodimir Zelenski, Kiyev meri Vitali Kliçko, arxiyepiskop Svyatoslav Şevçuk və Ukraynanın Vatikandakı səfiri Andriy Yuraş tərəfindən dəvət edilib.
Qeyd olunur ki, Roma Papası I Fransisk Zelenski və Şevçukla telefonla danışıb.