Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər, eləcə də Ukraynadakı müharibə vəziyyəti müzakirə edilib.
Bundan əlavə, tərəflər Avrasiya məkanında əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib və müxtəlif səviyyələrdə təmaslar haqqında razılığa gəliblər.
Akif İsmayılov