Rusiyanın sovet imperiyasını dirçəltmək planı yoxdur.
Modern.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçyov bildirib.
Onun sözlərinə görə, hazırda baş verənlərin Rusiyanın sovet imperiyasını bərpa etməsi ilə bağlı gəzən söhbətlərə aidiyyəti yoxdur.
Kosaçyovun fikrincə, Rusiya dünya düzənini blok maraqlarına görə deyil, ümumi maraqlara görə dəyişir.