Bu gün günorta saatlarında İrəvan şəhərində silahlı insident baş verib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "shamshyan.com" kriminal saytı məlumat yayıb.
Hadisə nəticəsində 43 və 35 yaşlı iki kişi güllə yarası alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları insidenti törətməkdə şübhəli bilinən şəxsin tapılması istiqamətində müvafiq tədbirlər görür.