Modern.az

İmran Xan ABŞ-ı onu devirməkdə ittiham edir

İmran Xan ABŞ-ı onu devirməkdə ittiham edir

2 Aprel 2022, 20:08

"Müxalifətin məni vəzifədən uzaqlaşdırmaq cəhdi ABŞ-ın daxili siyasətimizə açıq müdaxiləsidir".

Modern.az xəbər verir ki, bunu sabah keçiriləcək etimadsızlıq səsverməsindən əvvəl Pakistanın Baş naziri İmran Xan deyib.

Xan bildirib ki, martın 8-də Pakistanın Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə ona “təhdid məktubu” verilib.

O, etimadsızlıq səsverməsinin Pakistanda açıq-aşkar rejim dəyişikliyi cəhdi olduğunu və “ABŞ ilə əməkdaşlıq çərçivəsində planlaşdırıldığını” bildirib.

"Planlarımız var. Mənim qərarım yeni seçkiyə getməkdir", - deyə İmran Xan vurğulayıb.

Qeyd edək ki, sabah Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçiriləcək.

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi