Ukraynanın Nikolayev şəhərinin dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölənlərin sayı 36-ya çatıb.
Modern.az xəbər verir ki, bu barədə Nikolayev hərbi administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.
Ölənlər arasında Vitali Kimin köməkçisi də var. Vilayət rəhbəri Rusiya qüvvələrinə müqavimət göstərmək üçün xüsusi qruplar yaradıldığını qeyd edib.