Modern.az

Rusiyada müharibə əleyhinə mitinqlər - 208 nəfər saxlanıldı

Rusiyada müharibə əleyhinə mitinqlər - 208 nəfər saxlanıldı

2 Aprel 2022, 23:13

Bu gün Rusiyada müharibə əleyhinə mitinqlər keçirilib.

 

Modern.az xəbər verir ki, Rusiyada fəalların saxlanmasını izləyən OVD-İnfo adlı insan haqları qrupu şənbə günü keçirilən etiraz aksiyalarında ölkə daxilində 208 nəfərin tutulduğunu bildirib.

 

Məlumata görə, 17 şəhərdə etiraz aksiyaları təşkil olunub. Həbslərin əksəriyyəti Moskva və Sankt-Peterburqda həyata keçirilib.

 

Təşkilat bildirir ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan indiyədək 15 300-dən çox şəxs həbs edilib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi