Rusiya hərbçiləri Ukraynanın şərqində yerləşən Xarkov vilayətinin Balakliya şəhərində xəstəxanaya hücum edib.
Modern.az “Haber Global”a istinadən xəbər verir ki, hücumdan sonra 70 xəstə və tibbi heyət təxliyə edilib.
Xarkovun qubernatoru Oleq Sinegubov bildirib ki, hücum nəticəsində xəstəxananın bir hissəsi yarasız vəziyyətə düşüb, insanlar təhlükəsiz əraziyə təxliyə olunub.
Onun sözlərinə görə, rus hərbçiləri mülki insanlara qəsdən hücum edirlər.