Modern.az

Yunanıstan XİN başçısı Odessaya gedir

Yunanıstan XİN başçısı Odessaya gedir

3 Aprel 2022, 00:58

Yunanıstanın xarici işlər naziri Nikos Dendias bazar günü Odessaya səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə şənbə günü Yunanıstanın "Skai TV" telekanalı məlumat yayıb .

 

Yunanıstan Xarici İşlər Nazirliyi Dendiasın Ukraynaya səfəri ilə bağlı heç bir məlumat yaymayıb.

 

Bildirilir ki, Dendias bazar günü şəhərə humanitar yardımın köçürülməsi missiyasına rəhbərlik edərək Odessaya səfər edəcək. Dendias bütün lazımi təhlükəsizlik tədbirlərini görmək üçün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurerlə əlaqə saxlayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi