Modern.az

Partlayışda yaralananların sayı açıqlandı -  RƏSMİ

Partlayışda yaralananların sayı açıqlandı -  RƏSMİ

3 Aprel 2022, 04:06

Bakı şəhəri, "Tarqovı" adlanan ərazidə yerləşən gecə klubunda partlayış baş verib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

 

Qeyd edilib ki, hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Hazırda hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir:

 

"Təcili yardım briqadalarından verilən məlumata görə, bu dəqiqəyədək 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib".

 

"Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?