Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.
Bu barədə Modern.az-a "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev məlumat verib.
Baş direktor bildirib ki, təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb:
"Dünyasını dəyişənə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik".