Modern.az

Partlayışda xəsarət alan bəzi şəxslərin ADLARI

Partlayışda xəsarət alan bəzi şəxslərin ADLARI

3 Aprel 2022, 07:22

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan bəzilərinin adları məlum olub.

 

Modern.az “Report”-a istinadən xəbər verir ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Fərqanə Eynullayeva (1999), Gülbala Abdullayev, Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova  xəsarət alıblar.

 

Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

 

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi