Ukrayna ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib.
Modern.az xəbər verir ki, bu barədə “Şimal” Operativ Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Çerniqov vilayətinin Mixail-Kotsyubinskoye qəsəbəsi Rusiya hərbçilərindən azad olunub.
Qeyd edək ki, azad olunan qəsəbə Çerniqovdan 17 kilometr qərbdə yerləşir.