Modern.az

\"Arsenal\"ı \"MOİK\"-ə dəyişir

\

3 Aprel 2022, 09:28

“Arsenal” mövsümün sonunda yollarını ayıracağı ilk futbolçunu müəyyənləşdirib.

 

Modern.az-ın məlumatına görə, yarımmüdafiəçi Mohamed El-Neni yayda Premyer Liqa klubunu tərk edəcək.

 

29 yaşlı misirli futbolçu London təmsilçisindən azad agent kimi ayrılacaq. Çünki o, mövsümün sonuna qədər olan müqaviləsini yeniləməmək qərarına gəlib. Həmçinin “topçular” da El-Neninin qalmasında maraqlı deyil. Onun xidmətində ən çox maraqlı olan klub Moskva MOİK-idir.

 

Qeyd edək ki, Mohamed El-Neni 2016-cı ildən “Arsenal”da çıxış edir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI