Son bir ay ərzində Ukraynada 600-ə yaxın diversant tutulub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, diversantlarda Ukrayna Silahlı Qüvvələrinə məxsus obyektlərin və hərbi postların şəkilləri, eləcə də onlar haqqında məlumatlar aşkarlanıb.
Diversantlar digər məxfi tapşırıqları da yerinə yetirməyə cəhd ediblər.