Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın məsləhəti ilə parlamenti buraxıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar bir neçə dəqiqə əvvəl qəbul olunub.
Qeyd edək ki, bu gün Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıqla bağlı iclas keçirmək istəyib. Lakin ölkə qanunvericiliyinə zidd olduğu üçün iclas baş tutmayıb.