Pakistanın Nazirlər Kabineti buraxılıb. Baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.
Modern.az xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya və yayım naziri Fərrux Həbib bildirib.
"Baş nazir konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Nazirlər Kabineti buraxılıb", - deyə nazir sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, bundan əvvəl Pakistan parlamenti buraxılıb.