Modern.az

Samuxda partlayış: nənə və nəvə xəsarət aldı

Samuxda partlayış: nənə və nəvə xəsarət aldı

3 Aprel 2022, 18:21

Samux rayonunda evdə qaz sızması nəticəsində partlayış olub.

 

Modern.az Report-a istinadən xəbər verir ki, rayonun Ziyadlı kəndində qaz sızması nəticəsində partlayış baş verib.

 

Hadisə nəticəsində 1937-ci il təvəllüdlü S.Ağayeva və nəvəsi, 1993-cü il təvəllüdlü H.Ağayev müxtəlif bədən xəsarətləri alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?