Modern.az

Sabahdan hava isti olacaq

Sabahdan hava isti olacaq

Təhsil

3 Fevral 2013, 14:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az- a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Temperatur gecə 1-5° isti, gündüz 7-12° isti olacaqdır.

 Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 60-65 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.  Temperaturun gecə 1-6° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsas yağmursuz olacaqdır. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperatur gecə 3-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gündüz havanın əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaqdır. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-2° şaxta olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır. Temperatur gecə 0-5° isti, gündüz 11-16° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperaturun gecə 2-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir