Modern.az

Bu ölkə istəsə, tezliklə NATO-ya qəbul olunacaq

Bu ölkə istəsə, tezliklə NATO-ya qəbul olunacaq

3 Aprel 2022, 20:14

"Finlandiya Şimali Atlantika Alyansının bir hissəsi olmaq arzusunu ifadə edərsə, NATO yeni üzvə sahib olmaqdan məmnun olacaq".

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində deyib.

 

"Qərar Finlandiyaya aiddir, finlərin öz gələcəklərinə qərar vermək hüququ var. Bu, Rusiyanın gözləmədiyi bir şeydir, çünki onlar artıq Finlandiyanı qorxutmağa çalışıblar ki, NATO-ya daxil olarsa, bunun nəticələri olacaq", - deyə alyansın baş katibi bildirib.

 

Stoltenberq qeyd edib ki, əgər Finlandiya və İsveç alyansa qoşulmağa hazır olsalar, NATO tezliklə bunu etmək üçün yol tapacaq.

 

Finlandiya Prezidenti Sauli Niiniste keçən həftə Stoltenberqlə yeni dövlətlərin NATO-ya qəbulu prosesini müzakirə etdiyini bildirib.

 

Qeyd edək ki, Finlandiya və İsveç neytral ölkələrdir.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi