Almaniya Ukraynaya "Marder" tipli piyadaların döyüş maşınlarını verməkdən imtina edib.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniya Müdafiə Nazirliyinə Ukraynaya 100 ədəd "Marder" tipli zirehli texnika verilməsi xahişi ilə sorğu göndərib. Almaniya Müdafiə Nazirliyinin rəhbəri Kristina Lambrext bundan imtina edib.
"Qeyd olunan texnika NATO daxilindəki öhdəliklərə bağlıdır, bu halda onların mövqelərdən çıxarılması məsələsi NATO daxilində həll edilməlidir", - deyə Almaniya Müdafiə Nazirliyi bildirib.
Akif İsmayılov