Qərb ölkələri yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək və Ukraynaya hərbi dəstəyi davam etdirəcək.
Modern.az xəbər verir ki, bunu bazar günü Berlində jurnalistlərə açıqlamasında Almaniya kansleri Olaf Şoltz bildirib
"Yaxın günlərdə yeni tədbirlər görəcəyik. Prezident Putin və onu dəstəkləyənlər bunun nəticələrini hiss edəcəklər. Özünü Rusiyanın işğalından müdafiə edə bilməsi üçün Ukraynaya silah verməyə davam edəcəyik", - kansler deyib.
O, Buça kəndində baş verən hadisələrin tam araşdırılmasına çağırıb: “Mülki insanların öldürülməsi müharibə cinayətidir. Beynəlxalq Qızıl Xaç Komitəsi kimi beynəlxalq təşkilatların bu əraziyə buraxılmasını tələb edirəm".
Akif İsmayılov