Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 38 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 211 min 68 nəfərin test edildiyi, 9021 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 10 min 312 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.