Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə tam atəşkəs əldə olunduqdan sonra görüşməyə hazırdır.
Modern.az xəbər verir ki, bu barədə o, ABŞ-ın “Face the Nation” adlı siyasi müzakirəsində çıxış edərkən bildirib.
"Görülənlərdən sonra Rusiya ilə hansısa danışıqları necə apara biləcəyimizi söyləmək çətindir. Bu, şəxsi səviyyədədir. Amma prezident kimi mən bunu etməliyəm", - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, dialoqdan başqa yol yoxdur: "Yüz minlərlə, milyonlarla insanın ölməsini istəmiriksə, dialoqdan başqa yol yoxdur, amma atəşlər davam edərkən bir araya gələ bilmirəm. Ona görə də, əvvəlcə atəşkəs olmalıdır. O zaman görüş keçirə bilərik".